Pişik sahiblərini zəhərli kobradan qorudu

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidКот на диване
Кот на диване - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin an evdə uşaqlar var idi və ilan onları sanca bilərdi

BAKI, 6 iyul — Sputnik. Hindistanda pişik sahiblərini zəhərli kobradan qoruyub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hadisənin video görüntüləri "YouTube"da yerləşdirilib.

Videoda pişiyin evin dəhlizində gəzərkən kobranı gördüyünü və onlar arasında mübarizənin başladığını görmək olar.

Mübarizə nəticəsində pişik ilanı qaparaq küçəyə ata bilib.

Videonun təsvirində deyilir ki, pişiyin sahibi Arun Çandru iki

heyvan arasında baş vermiş qarşıdurmanın şahidi olub. Onun sözlərinə görə, həmin an evdə uşaqlar var idi və ilan onları sanca bilərdi.

Xəbər lenti
0