11:55 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Niderlandın təmsilçisi Dunkan Lourens qələbəyə sevinir, arxiv şəkli

"Çox sağ ol, istəmirəm" – Amsterdam "Avroviziya"ya yox dedi

© AFP 2019 / JACK GUEZ
DÜNYA
Qısa URL
41 0 0

"Başa düşürük ki, bu, şəhərin bir çox sakinini məyus edəcək", - şəhər meri deyib.

BAKI, 5 iyul — Sputnik. Niderlandın paytaxtı Amsterdam 2020-ci ildə "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etməyəcək.

Sputnik Azərbaycan "NL Times" nəşrinə istinadən xəbər verir ki, buna səbəb kimi şəhərdə yarışı keçirmək üçün uyğun olan bütün arenaların həmin vaxt istifadədə olacağı göstərilir.

Bu haqda müvafiq bəyanatı şəhərin meri Femke Halsema öz "Twitter" səhifəsində yayıb.

Gələn il "Avroviziya" yarışının "Ziggo Dome" arenasında keçiriləcəyi nəzərdə tutulub. Lakin şəhər rəsmiləri arenada keçirilməsi planlaşdırılmış başqa tədbirlərin vaxtını dəyişə bilməyiblər. Müsabiqənin keçirilməsi üçün başqa yerlərin axtarışı da uğursuz başa çatıb.

"Başa düşürük ki, bu, şəhərin bir çox sakinini məyus edəcək", - Halsema bəyanatında deyib.

Niderlandın Rotterdam, Utrext, Hertogenbos, Arnem və Maastrixt şəhərləri də "Avroviziya" yarışına ev sahibliyi edə biləcək şəhərlər sırasındadır. Haaqa və Breda şəhərləri isə yarışı keçirməkdən imtina edib.

2019-cu ildə "Avroviziya" mahnı müsabiqəsi İsraildə keçirilib. 26 ölkənin iştirak etdiyi yarışda Niderlandın təmsilçisi Dunkan Lourens birinci yeri tutub.

Əlaqədar

Niderland “Avroviziya-2019”un qalibi oldu

Əsas mövzular