Bütün İsrail qarışdı, efiopiyalılar 111 polisi yaraladı

© REUTERS / CORINNA KERNİsraildə Efiopiya icmasının nümayəndələri ilə hüquq mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma
İsraildə Efiopiya icmasının nümayəndələri ilə hüquq mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Benyamin Netanyahu onlara müraciət etməyə məcbur olub

BAKI, 3 iyul — Sputnik. İsraildə Efiopiya icmasının nümayəndələri ilə hüquq mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma nəticəsində 110-dan çox polis xəsarət alıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu hüquq mühafizə orqanlarının əməkdaşı Miki Rozenfeld bildirib.

İsrail bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
İsrail xüsusi təyinatlıları Türkiyə gəmisini həbs etdilər - VİDEO

Ümumilikdə qarşıdurma zamanı 130-dan çox efiopiyalı saxlanılıb.

Qeyd edək ki, ötən gün afrikalı yəhudilər öz həmyerlilərinin polislə münaqişə zamanı qətlə yetirilməsinə etiraz ediblər. Pik saatlarında ölkənin böyük avtomobil yollarını bağlayan Efiopiya icmasının üzvləri avtomobil təkərləri yandırıb, hüquq mühafizə orqanları əməkdaşlarını daşa tutub və onların toplaşdığı ərazidən keçmək istəyən avtomobillərə hücum ediblər.

"Bütün ölkə boyu qeydə alınan qarşıdurma zamanı etirazçılar 111 polisi yaralayıb. Polis zabitlərə hücum edən və avtomobil təkərləri yandırmaqda şübhəli bilinən 136 şübhəlini həbs edib" - deyə Rozenfeld bildirib.

Qeyd edək ki, İsraildə etirazlar bazar ertəsindən İsrail polisinin Hayfa şəhərindən şimalda 19 yaşlı Efiopiya icmasının nümayəndəsini güllələməsindən sonra başlayıb.

Vəziyyət o yerə çatıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu Efiopiya icmasına müraciət edərək onları yolları bağlamağı dayandırmağa və zorakılıqdan imtina etməyə çağırıb.

Qeyd edək ki, 9 milyon əhalisi olan İsraildə Efiopiyadan olan 130 minə yaxın şəxs var. Onlar tez-tez diskriminasiyadan və polis zorakılığından şikayət edirlər.

Xəbər lenti
0