CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saç əkimi xəstəxanalarda həyata keçirilməlidir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidSaç, arxiv şəkli
Saç, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyəli həkimlər xəbərdarlıq edir

BAKI, 31 iyul — Sputnik. Türkiyəli həkim professorlar saç əkimi üçün xəstəxanalara müraciət etməyin vacibliyini vurğulayır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, sağlamlıq turizminin ən mühüm sahələrindən biri olan saç əkimi üçün xəstəxanalara müraciət etməyin daha etibarlı və faydalı ola biləcəyi qeyd olunur. Onlar bildirir ki, əksər hallarda digər yerlərdə edilən prosedurlar effekt verməyə bilər: "Bu cür uğursuz əməliyyatların isə fəsadları çox olur. Xüsusən də belə əməliyyatlar uğursuz icra olunduqda ilk fəsadları məhz baş dərisində görmək mümkündür".

Professor bildirib ki, bu prosedur zamanı baş dərisinə ən çoxu 3.5-4 min tük əkmək mümkün olur.

Qeyd edək ki, sağlamlıq turizminin inkişaf etdiyi Türkiyədə bu yolla illik gəlirlər 1 milyarddan daha artıqdır.

Xəbər lenti
0