Tanınmış futbolçu həbs edilib

© AFP 2023 / GERARD JULIENПолузащитник "Галатасарая" Уэсли Снейдер
Полузащитник Галатасарая Уэсли Снейдер - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər kompensasiya ödənildikdən sonra mübahisəni sonlandırıb

BAKI, 29 iyun — Sputnik. Hollandiyanın Utrext şəhərində "Real"-ın keçmiş futbolçusu Uesli Sneyder həbs edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Sneyderin doğma şəhəri olan Utrextdə şənlik zamanı baş verib.

Hollandiyalı orta sahə oyunçusu kiminsə avtomobilini zədələməkdə ittiham edilib. Avtomobilin üzərində batıqlar qeydə alınıb. Tərəflər kompensasiya ödənildikdən sonra mübahisəni sonlandırıb.

Sneyderin meneceri Qvido Albers hadisəni nə təkzib nə də tsədiq etməyib. O bildirib ki,futbolçu bu barədə ona heç nı demıyib.

Qeyd edək ki, Sneyder 2018-ci ildən Qətərin "Əl Qarafa" futbol klubunda çıxış edir. Daha əvvəl o Milanın "İnter", "Real", Amsterdamın "Ayaksa", İstanbulun "Qalatasaray" və Fransanın "Nitsa" klublarında çalışb.

Xəbər lenti
0