03:46 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
DÜNYA
Qısa URL
33

Reklam axtarış sisteminə baha başa gəldi

BAKI, 26 iyun — Sputnik. Google şirkəti Rusiya Federasiyasının qanunvericiliyinə əməl etmədiyi üçün 700 min rubl ($11077) məbləğində cərimələnə bilər.

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, bunu Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətinin (Roskomnadzor) rəhbəri Aleksandr Jarov bəyan edib.

"İş açılandan sonra, hesab edirəm ki, iyulun sonunadək bütün formal prosedurlar dəqiq bitəcək", - deyə Jarov jurnalistlərə bildirib və izah edib ki, formal prosedurlara protokol tərtibi və şirkətin prosedurlara dəvət olunması daxildir.

Google axtarış sistemində diplom işlərinin yazılmasına dair kontekst reklamının yerləşdirilməsinə görə şirkət Federal Antimonopoliya Xidmətinin qəzəbinə tuş gəlib. Bu cür xidmətlərin reklamı Rusiya qanunvericiliyi ilə qadağandır.

Teqlər:
cərimə, Google

Əsas mövzular