Tramp Putinlə görüş imkanını gözləyir

© REUTERS / JONATHAN ERNSTDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyada vacib müzakirələr olacaq

BAKI, 25 iyun — Sputnik. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Yaponiyada keçiriləcək "G-20" sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş imkanını gözləyir. 

Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Politoloq Trampla Putinin görüşündən gözləntilərini açıqladı
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar liderinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

"Prezident Tramp yaxın günlərdə Osakada, Yaponiyada prezident Putinlə görüş imkanını gözləyir", - deyə Bolton vurğulayıb.

O, eyni zamanda özünün Qüdsdə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşlərini sammitə hazırlıq mərhələsi kimi dəyərləndirib.

Xatırladaq ki, "G-20" sammiti iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində baş tutacaq.

Xəbər lenti
0