17:16 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Rusiya prezidenti Vladimir Putin canlı efirdə

"Heç bir ölkədə Rusiyada olan silah yoxdur" – Putin dünyaya mesaj verdi

© Sputnik / Mikhail Klimentyev
DÜNYA
Qısa URL
47 0 0

Ölkənin üstünlüyü nüvə silahı ilə deyil, güclü iqtisadiyyatla təmin olunur

BAKI, 20 iyun — Sputnik. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün canlı efirdə Rusiya ordusu və onun silahları ilə bağlı sualı cavablandırarkən bildirib.

O, həmçinin bəyan edib ki, öz ordusunu qidalandırmaq istəməyən başqasını qidalandıracaq.

Putin əlavə edib ki, Rusiya metodik olaraq hərbi xərcləri azaldır: "Heç bir böyük ölkə bunu etmir. Xərclərin azaldılmasına baxmayaraq Rusiya müdafiə sahəsində iki addım irəlidədir".

Putin, həmçinin əlavə edib ki, heç bir ölkədə Rusiyada olan silah yoxdur.

Rusiya prezidenti "ölkənin üstünlüyü nüvə silahı ilə deyil, güclü iqtisadiyyatla təmin olunur fikrinə" də münasibət bildirib: "Bu tamamilə düz fikirdir. Silah iqtisadi artımın təmin olunması üçün işin aparıldığı vaxt Rusiyanı qorumaq üçün lazımdır".

Əsas mövzular