17:58 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
98 0 0

Cəhənnəm Dərəsi terrorçular üçün cəhənnəmə çevrildi

BAKI, 16 iyun — Sputnik. Türkiyənin güc strukturları ölkənin cənub-şərqində PKK silahlılarına qarşı növbəti antiteror əməliyyatı keçirib.

Sputnik AzərbaycanSözçü”yə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şirnakda keçirilən əməliyyat zamanı 8 PKK terrorçusu məhv edilib.

Əməliyyatı Şırnak jandarmı İdil ilçəsindəki Cəhənnəm Dərəsi bölgəsində həyata keçirib. Atışma zamanı 8 terrorçu öldürülüb, bir türk əsgəri yaralanıb. Helikopterlə xəstəxanaya çatdırılan əsgər şəhid olub.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə dinc sakinlərə, habelə dövlət orqanlarına qarşı silahlı hücumlar, terror aktları təşkil edirlər. ABŞ və Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilat siyahısına daxil edib.

Əsas mövzular