Yaşlı sürücülərə yeni sürücülük vəsiqəsi veriləcək

Abunə olmaq
2018-ci ilin nəticələrinə görə, Yaponiyada yol qəzalarında 3,5 min insan ölüb. Yol qəzalarına daha çox 65 yaşından yuxarı sürücülər səbəb olub

BAKI, 13 iyun — Sputnik. Yaponiyada 75 yaşından böyük sürücülərə xüsusi sürücülük vəsiqəsi veriləcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sənəd sadəcə müxtəlif elektron yardımçıları olan avtomobillərə şamil ediləcək.

Yardımlı rayonunda ağır qəza - Sputnik Azərbaycan
HADİSƏ
Yardımlıda dəhşətli qəza: KamAz 500 metrdən dərəyə yuvarlandı

Məlumata görə, qərarın verilməsinə yaşlı sürücülər tərəfindən törədilən yol hadisələrinin artması səbəb olub. Çünki bəzən yaşlı sürücülər ya hadisələrə gec reaksiya verir, ya da ələclə qazın yerini səhv salır. Əvvəlcə bu lisenziyaların ənənəvi vəsiqələrin əvəzinə verilməsi planlaşdırılır.

Bununla yanaşı, hökumət avtomobil şirkətləri ilə ucuz avtomobillərdə elektron "köməkçilər" tətbiq edilməsi barədə məsləhətləşmələr aparmağı düşünür.

Yaşlı sürücülər hazırda yüksək məbləğdə sığorta ödəmələri edir. Qanun qüvvəyə mindikdən sonra bu ödəmələr 10 faizə qədər azalacaq. Bu da insanları yeni sənədlərə keçməyə həvəsləndirəcək.

Xatırladaq ki, 2018-ci ilin nəticələrinə görə, Yaponiyada yol qəzalarında 3,5 min insan ölüb. Yol qəzalarına daha çox 65 yaşından yuxarı sürücülər səbəb olub.

Xəbər lenti
0