Tramp daha bir dediyini etdi, qonşu ölkə güzəştə getdi

© REUTERS / BRYAN WOOLSTONDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
“Mən ABŞ-ın Meksika ilə razılığa gəldiyini xəbər verməyə şadam”

BAKI, 8 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi Meksika ilə razılaşma əldə edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp öz "Twitter" səhifəsində qeyd edib.

Trampın sözlərinə görə, Meksika Birləşmiş Ştatlarla sərhəddə nəzarətin gücləndirilməsinə razılaşıb ki, bu da qeyri-qanuni immiqrasiya ilə mübarizəyə kömək edəcək.

"Mən ABŞ-ın Meksika ilə razılığa gəldiyini xəbər verməyə şadam" - deyə Tramp vurğulayıb.

​O, həmçinin qeyd edib ki, Meksika mallarına tətbiq olunan gömrük rüsumu qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, əgər ABŞ və Meksika gömrük və miqrantlar məsələsində iyunun 6-ına qədər razılığa gələ bilməsə, onda iyunun 10-dan Vaşinqton Meksika mallarına 5%-lik gömrük rüsumları tətbiq edəcək.

Xəbər lenti
0