BAKI, 1 iyun — Sputnik. Kanadada süpürgəçinin bəxti gətirib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kişi lotereyada çek-pot qazanıb. Ancaq buna baxmayaraq o işindən ayrılmaq istəməyib.
Bir neçə il əvvəl Filippindən Kanadaya gələn 58 Yaşlı Vito Halasan jurnalistlərə açıqlamasında bildirib ki, öz doğum gününün qeyd etdikdən bir neçə gün sonra lotereya bileti alıb. Kişinin sözlərinə görə, o rəqəmləri görəndə gözlərinə inanmayıb.
Vito öz sevincini qızı ilə bölüşmək qərarı verib.
"O, 7 milyon Kanada dolları (8 milyon 824 min manat) udduğunu dedikdən sonra biz masa arxasına əyləşdik", - deyə Vitonun qızı bildirib.
Halasan qazandığı pulla uşaqlarının və nəvələrinin gələcəyini təmin etməyi düşünür. Bu günlərdə o böyük ev almağı planlaşdırır. Ancaq o işdən çıxmağı düşünmür.