Putin məşhur azərbaycanlının adını əbədiləşdirdi

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş zamanı. Bakı, 27 sentyabr 2018-ci il
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş zamanı. Bakı, 27 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və Surqut hava limanları həmyerlimizin adını daşımaq uğrunda mübarizə aparırdı

BAKI, 31 may — Sputnik. Bundan sonra Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkənin hava limanlarına məşhur şəxslərinin adlarının verilməsinə dair sərəncam imzalayıb.

Самолет AZAL - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL-da qalmaqal yoluna qoyuldu: 3 nəfər işdən çıxarıldı

Bundan əlavə, Moskvanın Vnukovo hava limanına aviakonstruktor Andrey Tupolevun, Domodedova hava limanına alim Mixail Lomonosovun, Şeremetyevo hava limanına isə şair Aleksandr Puşkinin adını verib.

Qeyd edək ki, ötən ilin sonunda "Rusiyanın dahi adları" layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub.

Beş milyona yaxın rusiyalının iştirak etdiyi səsvermənin nəticələri dekabrın 4-də elan olunub. Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və Surqut hava limanları həmyerlimizin adını daşımaq uğrunda mübarizə aparırdı. Səsvermənin nəticələrinə görə, ən çox səsi Surqut aeroportu toplayıb. Nijnivartovsk hava limanı üçün ad seçimi layihənin ikinci turunda davam edəcək.

Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Rusiyanın Xantı-Mantiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub. Onun adı Sibirin neft yataqlarını kəşf etmiş geoloq kimi tarixə düşüb.

© Sputnik / Александр Онопа / Mediabanka keçidSurqut hava limanı
Putin məşhur azərbaycanlının adını əbədiləşdirdi - Sputnik Azərbaycan
Surqut hava limanı

Fərman Salmanov xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına, Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu və digər fəxri adlara layiq görülüb. O, Surqut şəhərinin və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı idi.

Xəbər lenti
0