Azərbaycanlı sürücü Türkiyədə azadlıqdan məhrum edildi

© DHA_Depo Photos via APTürk polisi
Türk polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Çorumda qəza törədən sürücü 9 ay müddətinə azadlıqdan məhrum edilib

BAKI, 30 may — Sputnik. Türkiyədə azərbaycanlı "TIR" sürücüsü Gülman B. 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Türkiyədə zavodda qəza oldu, 11 nəfər yaralandı

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2 il əvvəl 2017-ci ilin dekabr ayında Türkiyənin Çorum vilayətində idarəetməni itirərək təcili yardım avtomobilinə çırpılaraq bir nəfərin ölümünə, 3 nəfərin xəsarət almasına səbəb olan sürücü hadisədən sonra həbs edilsə də, sonra azad edilib.

Qeyd edilir ki, hadisə zamanı 40 yaşlı həkim Akif Akbaş dünyasını dəyişib, 38 yaşlı sürücü Sərvət Keseklər, tibb texniki 25 yaşlı Elif Çırakoğlu və 24 yaşlı Emran Bəzniroğlu yaralanıb.

Yenidən azərbaycanlı sürücü haqqında cinayət işi başlanılıb və o bu dəfə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0