16:32 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
69 0 0

“Elida Geisha 803”  adlı qəhvə dünyanın ən bahalı qəhvəsidir və dadı tamamilə fərqlidir. Bu qəhvə “Qremmi” mükafatı ilə bir sıraya qoyulan ən dadlı Panama qəhvəsi mükafatına layiq görülüb.

BAKI, 28 may - Sputnik. ABŞ-ın San-Fransisko şəhərində kafelərin birində fincanı 75 dollara (128 manat) Panama qəhvəsi satılır. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dünyada cəmi 45 kiloqram mövcud olan qəhvə dəmir seyfdə saxlanılır.

“Elida Geisha 803”  adlı qəhvə dünyanın ən bahalı qəhvəsidir və dadı tamamilə fərqlidir. Bu qəhvə “Qremmi” mükafatı ilə bir sıraya qoyulan ən dadlı Panama qəhvəsi mükafatına layiq görülüb.

İddiaya görə, qəhvənin tumları misk cinsindən olan pişiklərin nəcisindən əldə edilir. “Elida Geisha 803” ABŞ-da ancaq bu kafedə satılıb. Kafedə 4,5 kiloqram qəhvə var və bu da 80 fincan deməkdir.

Panamada hərracda satılan qəhvənin yerdə qalan hissəsi Çin, Yaponiya və Tayvana aparılıb.

Əsas mövzular