"McDonalds"da qalmaqal: İşçilərə seksual təcavüz edilib

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidРесторан быстрого питания "Макдоналдс"
Ресторан быстрого питания Макдоналдс - Sputnik Azərbaycan
Abunə olmaq
İşçilər rəhbərliyi uyğunsuz davranışlarda, cinsi əlaqəyə girmək təklifləri ilə çıxış etməkdə, xoşagəlməz atmacalar atmaqda və cinsi orqanlarını publik şəkildə nümayiş etdirməkdə günahlandırıblar

BAKI, 23 may — Sputnik. ABŞ-da “McDonalds" fast-food restoranlar şəbəkəsinin rəhbər vəzifələrində çalışan 20-dən çox işçisi haqqında cinsi təcavüz ittihamı ilə cinayət işi açılıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. 

Кафе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Restoran və şadlıq saraylarını gözləyən cərimənin miqdarı açıqlandı

"Təcavüzə məruz qalarkən 16-17 yaşlarında olan "McDonalds"ın cəsur işçiləri bəyan ediblər ki, onlar çox vaxt rəhbərliyin uyğunsuz davranışları ilə qarşılaşıblar" - deyə təcavüzə məruz qalmış qadınların vəkili İv Servantes bildirib. Onlar rəhbər işçiləri uyğunsuz davranışlarda, cinsi əlaqəyə girmək təklifləri ilə çıxış etməkdə, xoşagəlməz atmacalar atmaqda və cinsi orqanlarını publik şəkildə nümayiş etdirməkdə günahlandırıblar. Qadınlar həmçinin bildiriblər ki, onların şikayətlərini rəhbərlik ya rədd edib, ya da bunu zarafat kimi qarşılayıb.

"Təcavüz başlayanda mən hər şeyi birmənalı olaraq inkar edirdim. Düşünməzdim ki, mənim hörmət etdiyim və dəyər verdiyim adam məni məqsədyönlü şəkildə alçaldacaq, mənimlə əşya kimi rəftar edəcək və özümü alçaldılmış hiss etməyimə səbəb olacaq" - deyə Cənubi Karolina ştatındakı restoranın əməkdaşı Latarşa Smit bildirib. Onun sözlərinə görə, rəisin yanına getməkdən imtina edəndə, o, qızı kobud sözlərlə alçaldır, işdən uyğunsuz vaxtda çıxmağı tələb edir və onun adını ixtisasartırma proqramından çıxarırdı.

"McDonalds" restoranlar şəbəkəsinin ABŞ-da 14 min restoranı var və onlarda 850 min adam çalışır.

Xəbər lenti
0