15:17 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
782 0 0

Havada yanacaq doldurulması prosesi zamanı F-15 qırıcı təyyarəsi "Boeing" hava tankeri ilə toqquşma təhlükəsi yaşayıb

BAKI, 17 may — Sputnik. İsrail Hərbi Hava Qüvvələrində fövqəladə hal baş verib. Havada yanacaq doldurulması prosesi zamanı F-15 qırıcı təyyarəsi "Boeing" hava tankeri ilə toqquşma təhlükəsi yaşayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, hərbi təyyarə tapşırıq yerinə yetirərkən havada məsafə saxlamaq qaydasını pozub və yanacaq tankerinə təhlükəli həddə yaxınlaşıb. TSAXAL-dan (İsrail Silahlı Qüvvələrinin qısa adı-red.) bildiriblər ki, "heç bir mərhələdə iki təyyarə arasında birbaşa fiziki kontakt olmayıb".

Təyyarələrin havada yanacaqdoldurma təlimi dərhal dayandırılıb. HHQ komandanlığı insidenti araşdırır.

Əsas mövzular