İstanbulda vəziyyət gərginləşdi: YSK yeni seçki tələbini rədd etdi

© AATürkiyənin Yüksək Seçim Qurumunun binası
Türkiyənin Yüksək Seçim Qurumunun binası - Sputnik Azərbaycan
Abunə olmaq
CHP ilə yanaşı, İYİ Partiyanın da eyni məzmunda şikayəti təmin olunmayıb

BAKI, 13 may — Sputnik. Türkiyə Yüksək Seçim Kurulu (YSK) İstanbulda bələdiyyə seçkilərinin tam yenilənməsi tələbini rədd edib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, YSK Cümhuriyyət Xalq Partiyasının (CHP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütöv şəkildə ləğv olunması ilə bağlı şikayətinə baxıb.

Главный оппозиционный кандидат в мэры Республиканской народной партии (НРП) Экрем Имамоглу машет толпе во время митинга после местных выборов в Стамбуле - Sputnik Azərbaycan
Əkrəm İmamoğlu YSK-nın taleyüklü İstanbul qərarına münasibətini bildirdi

CHP ilə yanaşı, İYİ Partiyanın da eyni məzmunda şikayəti təmin olunmayıb.

Xatırladaq ki, CHP və  İYİ Partiya müraciətində 2018-cil ildə keçirilmiş prezident seçkilərinin və 2017-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini də istəyib. Buna səbəb olaraq, Məntəqə və Dairə Seçki komissiyalarında dövlət məmuru olmayan şəxslərin əvvəlki seçkilərdə də həmin qurumlarda işlədiyini göstərib.

Qeyd edək ki, YSK mayın 6-da hakim Ədalət və İnkişaf Partiyasının (AKP) müraciətinə baxaraq, martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi olunması barədə qərar qəbul edib.

Qərara əsasən, İstanbulun Böyük Şəhər Bələdiyyə sədrliyinə seçkinin nəticələri ləğv edilib, 39 rayonun bələdiyyə sədrliyinə seçkinin nəticəsi isə saxlanılıb. Qərarda Məntəqə və Dairə Seçki komissiyalarında dövlət məmuru olmayan şəxslərin işləməsi və digər qanunsuzluqların olması əsas göstərilib.

İstanbul bələdiyyəsinə seçkilər çadırı - Sputnik Azərbaycan
İstanbulun üç rayonunda seçki saxtakarlığı iddiası ilə 32 ayrı istintaq başlayıb

Martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. YSK Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib.

Paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Xəbər lenti
0