Dünyanın ən sürətli qatarının sınaq yürüşləri keçiriləcək

© AFP 2024 / JIJI PRESS"Shinkansen" super ekspressinin ALFA-X versiyası
Shinkansen super ekspressinin ALFA-X versiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qatarın saatda 400 kilometr sürətlə hərəkət edəcəyi deyilir

BAKI, 12 may — Sputnik. Yaponiyada dünyanın ən sürətli sərnişin ekspress qatarının sınağı baş tutacaq. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, yeni dizayn olunmuş qatar 10 maşın uzunluğunda və burun formasındadır.

Поезд на станции Эльмляр Академиясы Бакинского метрополитена - Sputnik Azərbaycan
Retro vaqonların qoşulduğu iki qatar müəyyən edilmiş qrafiklə xəttə çıxarılıb

"Shinkansen" super ekspressinin ALFA-X versiyasının test hazırlıqlarına 3 il əvvəl başlanıb. Yeni qatarın saatda 400 kilometr sürətlə hərəkət edəcəyi deyilir. Qatar 2030-cu ildə təhvil veriləcək. Bundan əvvəl baş tutmuş qatar sınaqlarında isə “Shinkansen” super ekspressinin "N700" versiyası 300 km sürətlə hərəkət edib.

Amma maraqlıdır ki, bu qatarların hərəkətində qeydə alınan ən yüksək nəticə deyil. Ən yüksək sürət 2015-ci il aprelin 21-də elə “Shinkansen” qatarında qeydə alınıb. Yaponiyada göstərilən bu sürət saatda 603 (!) kilometrə çatıb. Düzdür, həmin vaxt qatarda ancaq maşinist olub.

İkinci yerdə Fransanın TGV POS qatarı gəlir. Onun maksimal sürəti 574 kilometrə çatıb, bu zaman qatarda bələdçilər və jurnalistlər də olub. Kommersiya marşrutlarında isə sürət 320 kilometr olur.

Xəbər lenti
0