Poroşenko Baş Prokurorluqda dindirildi

© © Mikhail Palinchak/Ukrainian Presidential Press Service/Handout via REUTERSPyotr Poroşenko
Pyotr Poroşenko - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün günahkarlar mütləq şəkildə cəzalanmalıdır

BAKI, 11 may — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko ötən gün Baş Prokurorluqda dindirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Poroşenko öz "Facebook" səhifəsində yazıb. 

Vladimir Zelenski - Sputnik Azərbaycan
Ukrayna Mərkəzi Seçki Komissiyası Zelenski barədə qərar verdi

Poroşenko ümid edir k, onun ifadələri 2014-cü ildə “Avromeydan” zamanı ölən şəxslərlə bağlı araşdırmaların başa çatmasına yardım edəcək. Ukrayna prezidenti əlavə edib ki, bu araşdırma Ukrayna cəmiyyəti üçün olduqca əhəmiyyətlidir: "Əminəm ki, bütün günahkarlar mütləq şəkildə cəzalanmalıdır".

Xatırladaq ki, daha əvvəl Poroşenko bəyan etmişdi ki, "Avromeydan" zamanı şəxsən ölənlərin nəşinin ərazidən çıxarılmasına, yaralılara yardım edib.

"Avromeydan" Kiyevdə 2013-cü il dekabrın 21-də Ukrayna və Avropa İttifaqı arasında assosiasiya barədə razılaşmanın imzalanmasına hazırlığın dayandırılmasına etiraz olaraq başlamış kütləvi aksiyalar silsiləsinə deyilir. Aksiyaların nəticəsi olaraq prezident Viktor Yanukoviç istefa verib və hakimiyyətə Pyotr Poroşenko gəlib.

Xəbər lenti
0