00:22 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

“Türkiyəsiz Avropa müvəffəqiyyətsizliyə məhkumdur” – Ərdoğan

© Sputnik / Aleksey Filippov
DÜNYA
Qısa URL
46 0 0

“Türkiyədən daha çox Avropa İttifaqının bu ölkəyə ehtiyacı var”

BAKI, 11 may — Sputnik. "Türkiyə onu Avropa cəmiyyətindən kənara atmaq istəyənlərin səylərinə baxmayaraq Avropa İttifaqına (Aİ) üzv olmaq üçün bütün səylərini davam etmək niyyətindədir". 

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı bəyan edib.

O, vurğulayıb ki, Ankaranın tam iştirakı olmadan Avropa İttifaqının bəyan etdiyi dəyərlərin həyata keçirilməsi müvəffəqiyyətsizliyə məhkumdur.

Ərdoğan qeyd edib ki, Türkiyədən daha çox Avropa İttifaqının bu ölkəyə ehtiyacı var.

Türkiyə prezident qeyd edib ki, ölkəsi Aİ-nin vizasız rejim üçün tələb etdiyi 72 bənddən 66-nı həyata keçirib.

Qeyd edək ki, Türkiyə qurumla 1963-cü ildə assosiasiya sazişi imzalayıb. 1987-ci ildə Türkiyə Aİ-yə üzlük üçün ərizə verib. Bu məsələ ilə bağlı danışıqlar da davam edir.

Əsas mövzular