16:39 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
77 0 0

Ağ Ev rəhbəri: "Açıq danışıram, onu məsuliyyətə cəlb etmək lazımdır"

BAKI, 10 may — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkənin sabiq dövlət katibi Con Kerrini rəsmi Tehranla danışıqlar zamanı qanunu pozmaqda ittiham edib. Bu barədə Sputnik Azərbaycan "CBS News"-a istinadən xəbər verir.

Onun fikrincə, Kerri İran hökumətinə Tramp Administrasiyası ilə danışıqlar aparmamağı məsləhət görüb.

Prezident Kerrini "Loqan qanunu"nu pozmaqda ittiham edib. Bu qanun ABŞ vətəndaşlarına ABŞ hökuməti adından diplomatiya ilə məşğul olmağı qadağan edir: "Açıq danışıram, onu məsuliyyətə cəlb etmək lazımdır, lakin mənim xalqım heç nə etmək istəmir". 

Xatırladaq ki, mayın 8-də rəsmi Tehran İranının nüvə razılaşması ilə üzərinə götürdüyü öhdəliklərin bir hissəsinin yerinə yetirilməsinin dayandırılması haqqında məktubu saziş üzvlərinə göndərib. "Bu məktublarda onlara bildirdik ki, biz bir il gözlədik... və öz öhdəliklərimizə riayət etdik. Biz nüvə razılaşmasından çıxmaq istəmirik, bu gün razılaşma çərçivəsində yeni addımlar atacağıq" - deyə İran Prezidenti Həsən Ruhani televiziyada canlı yayımda bildirib.

Qeyd edək ki, İran ilə "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də isə ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. Ağ Ev bəyan edib ki, yeni saziş bağlanmayana qədər İrana qarşı sanksiyalar tətbiq ediləcək.

Əlaqədar

Tramp və Putin Venesuelada baş verənləri diqqətlə izləyir
İlham Əliyev Donald Trampın dəstəyini yüksək dəyərləndirib
Putin Trampa Venesuela böhranına müdaxilə etməyəcəyini deyib
Putinlə Tramp arasında telefon danışığı olub
Teqlər:
qanun, Con Kerri, Donald Tramp, İran, ABŞ

Əsas mövzular