21:36 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
165201

YSK-nın qərarı ilə bağlı bundan sonra sərgilənəcək mövqeyə dair yol xəritəsi müzakirə ediləcək

BAKI, 7 may — Sputnik. Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilməsinə dair qərarından sonra Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün partiya üzvlərinin iştirakı ilə fövqəladə toplantı keçirir. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

CHP üzvləri YSK-nın qərarı ilə bağlı partiyanın bundan sonra sərgiləyəcəyi mövqeyə dair yol xəritəsini müzakirə edəcəklər.

"Heç kim narahat olmasın, çox gözəl şeylər olacaq. Bu ölkəyə demokratiyanı gətirəcəyik. Hər şeyə rəğmən gətirəcəyik. Demokratiya üçün mübarizə aparacağıq" - deyə CHP sədri Kamal Kılıçdaroğlu bildirib. 

İstanbul Bələdiyyəsinə sədr seçilən Əkrəm İmamoğlu da ilkin açıqlamasını verib: "Söhbətimiz var, daha sonra danışacağıq".

Qeyd edək ki, YSK-nın dünən keçirilən iclasında təkrar seçkilərin keçirilməsinə qərar verilib. Qərarın lehinə komissiyanın 11 üzvündən 7-si səs verib. Digər 4 nümayəndə isə buna qarşı çıxıb.

Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək. YSK-nın açıqlamasına görə, hazırda İstanbul Bələdiyyəsinin sədri olan CHP-nin namizədi Əkram İmamoğluna verilmiş mandat geri alınacaq.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib.

Əlaqədar

İstanbul İmamoğluna təslim edildi – VİDEO
İstanbulun üç rayonunda seçki saxtakarlığı iddiası ilə 32 ayrı istintaq başlayıb
İstanbul seçkilərində "FETÖ izi" axtarılır, 43 nəfər deşifrə edilib
Teqlər:
CHP, seçki, sədr, bələdiyyə, İstanbul

Əsas mövzular

  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    204
  • Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

    Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar

    531
  • Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb

    1399