11:29 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
434 0 0

Mərasim və ayinlər Tailandın bütün telkanlları vasitəsilə canlı yayımlanıb

BAKI, 4 may — Sputnik. Bu gün Tailandın hökmdarı Maxa Vatçiralonqkonun (X Rama) rəsmi tacqoyma mərasimi keçirilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tacqoyma mərasiminin rəsmi hissəsi Tailandın paytaxtı Bankokda keçirilib.

Mərasim və ayinlər Taylandın bütün telkanlları vasitəsilə canlı yayımlanıb. Tailand vaxtı ilə saat 12.20 (yerli saat 9.20) də böyük brahman monarxın bütöv adını elan edib və tacqoyma mərasimi təsdiqlənib. Hökmdarın tacqoyma mərasimindən sonra 67 yaşlı monarxın Suthide Vatçiralonqkona kraliça statu verməsi haqqında əmri oxunub.

Xatırladaq ki, Suthide Vatçiralonqkon əmək fəaliyyətinə stüardessa kimi başlayıb və kralın mühafizəsinin rəisi postinadək yüksəlib. O, yeni kraldan 27 yaş kiçikdir.

Əsas mövzular