SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İmperator taxtdan imtina etdi

© AFP 2023 / STRİmperator Akihito
İmperator Akihito - Sputnik Azərbaycan
Abunə olmaq
Akihitonun oğlu Naruhito mayın 1-dən Yaponiyanın yeni imperatoru olacaq

BAKI, 30 aprel — Sputnik. Yaponiya baş naziri Sindzo Abe rəsmi olaraq imperator Akihitonun taxtdan imtina etdiyini bəyan edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Əlahəzrət qanunun normalarına uyğun olaraq bu gün öz səlahiyyətlərindən imtina edir", - deyə sənəddə bildirilir.

Abe Yaponiya xalqının adından imperator Akihito və onun xanımı Mitikoya dərin minnətdarlıq bildirib.

Qeyd olunur ki, İmperator sarayının "Şam zalı"nda mərasim keçiriləcək.

Akihitonun oğlu Naruhito mayın 1-dən Yaponiyanın yeni imperatoru olacaq və öz ailəsi ilə birgə İmperator Sarayına köçəcək.

Xəbər lenti
0