23:22 27 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
299 0 0

Prezident paytaxtın köçürülməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 aprel — Sputnik. İndoneziya prezidenti Coko Vidodo ölkə paytaxtını Yava adasında yerləşən Cakartadan köçürmək qərarı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" İndoneziyanın İnkişafı Planlaşdırma naziri Bambang Brodjonegoro açıqlama verib.

"Prezident paytaxtın Yavadan kənara köçürülməsi ilə bağlı qərar qəbul edib. Bu, olduqca önəmli qərardır" - deyə nazir Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Qeyd edək ki, İndoneziyada tez-tez zəlzələ və sunamilər baş verir. Yerli mətbuatın iddiasına görə, paytaxtın köçürülməsi qərarı onun mümkün təbii fəlakətlərdən qorunması məqsədilə verilib.

Əlaqədar

İndoneziyada ölənlərin sayı 86 nəfərə çatıb
İndoneziyada yer yerindən oynadı
İndoneziya dalbadal güclü silkələndi
İndoneziyada seçki dəhşəti davam edir
Teqlər:
Cakarta, ada, paytaxt, prezident, İndoneziya

Əsas mövzular