20:12 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Briqada generalı Hosseyn Salami (sağdan ikinci)

Xameneyi SEPAH rəhbərini dəyişdi

© AP Photo / Office of the Iranian Supreme Leader
DÜNYA
Qısa URL
66 0 0

Salami bu postda Məhəmməd Əli Cəfərini əvəz edib

BAKI, 21 aprel – Sputnik. İranın ali dini lideri ayətolla Əli Xameneyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərini dəyişib.

Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, İİKK-nın yeni komandanı briqada generalı Hosseyn Salami təyin edilib.  

Salami bu postda Məhəmməd Əli Cəfərini əvəz edib. Bundan öncə Salami İİKK komandanının müavini vəzifəsində çalışıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Salamini təbrik edib və ona böyük işlərdə böyük müvəffəqiyyət arzu edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edib.

Əsas mövzular