21:18 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
116 0 0

Anti-terror əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə terrorçular arasında atışma olub

BAKI, 20 aprel — Sputnik. Türkiyə-İraq sərhədində davam edən anti-terror əməliyyatında 4 türk hərbçisi şəhid olub, 6-sı yaralanıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Anti-terror əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə terrorçular arasında atışma olub.

Məlumata görə, terrorçuların mövqeləri havadan və qurudan intensiv atəş altındadır, əməliyyat davam etdirilir.

Əsas mövzular