21:59 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
ABŞ prezidenti Donald Tramp yəhudi koalisiyası liderlərinin llik görüşündə çıxış edir

Trampın müsəlman konqresmeni hədəfə aldı - ABŞ qarışdı

© REUTERS / KEVIN LAMARQUE
DÜNYA
Qısa URL
102 0 0

ABŞ prezidenti müsəlmanlara antipatiyası olduğunu sübut etdi

BAKI, 13 aprel — Sputnik. ABŞ prezidenti Donald Trampın sosial mediada Minnesota ştatından seçilən konqresmen İlhan Öməri hədəf alan paylaşımı ölkədə ciddi narazılıq doğurub.  ABŞ-ın nüfuzlu şəxsləri paylaşıma kəskin reaksiya göstəriblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp Twitter hesabında Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrin vurulmasının İlhan Ömərin şəkli ilə montajlanan videosunu "heç vaxt unutmayacağıq" ifadəsi ilə paylaşıb. Trampın bu paylaşımına ABŞ konqresmenləri dərhal reaksiya veriblər.

2020-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini elan edən Massaçusets senatoru Elizabet Varren Twitter paylaşımında Trampın bu davranışını tənqid edib. O, bildirib ki, prezident bu paylaşımı ilə dininə görə bir konqresmenə qarşı zorakılığa təşviq edir.

Əsas mövzular