Qalmaqallı saytın rəhbəri həbs olundu

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekvador prezidenti bəyan edib ki, onun ölkəsi Assanca sığınacaq verməkdən imtina etmək qərarına gəlib

BAKI, 11 aprel — Sputnik. Böyük Britaniya polisi "WikiLeaks" portalının yaradıcısı Cullian Assancın həbs olunması barədə xəbər yayıb. Bu barədə Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir.

Ekvador prezidenti bəyan edib ki, onun ölkəsi Assanca sığınacaq verməkdən imtina etmək qərarına gəlib.

Qeyd edək ki, Cullian Assanc Avstriya vətəndaşıdır. O, 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.

"WikiLeaks" dövlət, korporasiya və ya dinlə bağlı sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq sosial internet layihədir. Sayt kriptoqrafiyanın (encryption) hərbi məqsədlər üçün istifadə edilən alqoritmlər vasitəsi ilə məlumatı sızdıranın kimliyini və yerini maksimal dərəcədə məxfi saxlayır.

© foxnews.comCulian Assanj
Qalmaqallı saytın rəhbəri həbs olundu - Sputnik Azərbaycan
Culian Assanj

Saytın hostu İsveçdə mənzillənən "yüksək dərəcədə etibarlı, məxfi və heç bir sual soruşmayan" PRQ İnternet provayderidir. Bununla yanaşı, "WikiLeaks" öz serverlərini heç bir spesifik yerdə mənzilləmir.

Saytın rəhbəri Culian Assanc müsahibələrində dəfələrlə bildirib ki, Amerika hakimiyyəti onu cəzalandırmağa hazırlaşır. Bir neçə ay müddətinə saytda "Sığorta" adlı xüsusi məxfi fayl yerləşdirilmişdi. Bu faylı internetdən endirmək mümkün olsa da, onu açmaq üçün xüsusi kod lazımdır.

Ehtimal olunur ki, bu faylda yerləşdirilən kompromatlar ABŞ hakimiyyətini daha çox narahat edir və Assanca qarşı sui-qəsd olacağı halda oradakı məlumatlar yayımlanacaq.

Bu saytda Azərbaycana aid sənədlər də dərc olunub. Azərbaycan Prezidentinin Mətbuat Xidməti isə bu materialları Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribat adlandırıb.

Xəbər lenti
0