09:15 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Tbilisidən bir görüntü

Qonşuda məktəblərdə buraxılış imtahanları ləğv olundu

© Sputnik / Rukhkyan
DÜNYA
Qısa URL
63 0 0

Gürcüstan məktəblərində şagirdlər iki mərhələdə - 11 və 12-ci siniflərdə buraxılış imtahanlarında iştirak edirlər

BAKI, 8 aprel — Sputnik. Gürcüstan parlamenti bazar ertəsi üçüncü oxunuşda hökumətin irəli sürdüyü 11 və 12-ci siniflər üçün buraxılış imtahanının ləğv olunması haqqında qanun layihəsini qəbul edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, "Qanun layihəsinin lehinə 80 deputat, əleyhinə isə 8 deputat səs verib" - deyə Gürcüstan parlamentinin vitse-spikeri Gerogi Volski bildirib.

"Ümumi təhsil haqqında" qanun layihəsinə edilən dəyişikliklər rəsmi qurumda dərc olunduğu gündən etibarən qəbul olunur.

Qeyd edək ki, Gürcüstan məktəblərində şagirdlər iki mərhələdə - 11 və 12-ci siniflərdə buraxılış imtahanlarında iştirak edirlər.

Əsas mövzular