05:20 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Ermənistanda polis avtomobili

Yerevanda hərbi hissə komandirinə silahlı hücum oldu

© Sputnik / Andranik Ghazaryan
DÜNYA
Qısa URL
1786 0 0

Hərbçi ayaq və qarın nahiyələrindən yaralanıb

BAKI, 5 aprel — Sputnik. Ermənistan paytaxtı Yerevanda hərbi hissələrdən birinin komandirinə qarşı silahlı hücum olub. Sputnik Ermənistan xəbər verir ki, komandir evdən çıxarkən liftin qarşısında ona atəş açılıb.

Daha sonra məlum olub ki, Coni Samsonyana əvvəllər onunla bir yerdə işləmiş 57 yaşlı şəxs atəş açıb. Cinayətkar bir müddət əvvəl işdən çıxarılıb. Məhz bu amilin hadisənin baş vermə səbəbi ola biləcəyi düşünülür.

Samsonyan ayaq və qarın nahiyələrindən yaralanıb, lakin o, atəş açan şəxsi zərərsizləşdirə və polislər gələnə qədər saxlaya bilib.

Faktla bağlı araşdırmalar aparılır.

Əlaqədar

Oğuzda kəndə canavarlar hücum etdi – İnsanlar vahimə içindədir
Təcavüz dalğası genişlənir: Londonda da müsəlmanlara hücum etdilər
İsrail hücum üçün qoşun toplayır
Özünü prezident elan edən siyasətçinin avtomobilinə hücum olub – VİDEO

Əsas mövzular