10:53 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9068
Qazpromun binası

Azərbaycanlı “Qazprom”un maliyyə direktoru təyin edildi

© Sputnik / Mihail Voskresenskiy
DÜNYA
Qısa URL
60 0 0

Famil Sadıqov 1999-2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olub

BAKI, 5 aprel - Sputnik. Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu posta azərbaycanlı Famil Sadıqov gətirilib.

O, iqtisadi-maliyyə fəaliyyətindən məsul olacaq.

Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasını və Ümumrusiya Vergi Akademiyasını bitirib, iqtisad elmlər namizədidir. RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləyib.

1999-2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olub. Bu vəzifədə işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilib. 2005-2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olub. 2009-cu ildən Rusiya “Qazprombank”nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Əsas mövzular