17:06 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Türk əsgərləri Afrin bölgəsində

Bölgəmizdə terror təhlükəsinə qarşı mühüm plan: Müştərək hərbi əməliyyat keçiriləcək

© REUTERS / Khalil Ashawi
DÜNYA
Qısa URL
7977 0 0

"Bunu ilk dəfə deyirəm ki, İranla PKK-ya qarşı birlikdə əməliyyat keçirəcəyik"

BAKI, 18 mart — Sputnik. Türkiyə və İran iki ölkə sərhədində birgə əməliyyat keçirməyi planlaşdırır. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Tehranda keçirilən mətbuat konfransında İranın daxili işlər nazirinin müşaviri Hüseyn Zülfikari deyib.

"Türkiyə ilə ortaq sərhədin qorunması üçün birgə tədbirlər görürük. Türkiyə-İran sərhədində birgə əməliyyat həyata keçirəcəyik. Sərhəddə ümumi olaraq bir problem yoxdur" - deyə Zülfikari bildirib.

Xatırladaq ki, martın 6-da Türkiyənin daxili işlər naziri Süleyman Soylu da İranla birgə önəmli planı həyata keçirdiklərini dilə gətirmişdi: "İranlılar gəldilər, vəziyyəti dəyərləndirdik. İnşallah, birlikdə əməliyyat keçirəcəyik. Bunu ilk dəfə deyirəm ki, İranla PKK-ya qarşı birlikdə əməliyyat keçirəcəyik".

Əlaqədar

Türkiyə ilə İran arasında tarixi anlaşma
Politoloq: “İrana qarşı sanksiyalarda Türkiyə və Aİ ABŞ-la həmrəy deyil”
Türkiyə-İran sərhədində silahlı qarşıdurma: Ölən və yaralananlar var
Teqlər:
PKK, hərbi əməliyyat, İran, Türkiyə

Əsas mövzular