17:54 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Yeni doğulmuş körpə, arxiv şəkli

Amerikalı qadın 9 dəqiqəyə 6 uşaq doğdu

© Sputnik / Mikhail Voskresensky
DÜNYA
Qısa URL
68 0 0

Qadın uşaqları – 4 oğlan və 2 qızı yerli vaxtla səhər saat 4:50-dən 4:59-a qədər olan müddətdə dünyaya gətirib

BAKI, 17 mart — Sputnik. ABŞ-ın Texas ştatının sakini 9 dəqiqə ərzində 6 əkiz uşaq doğub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu qeyri-adi olay barəsində xəstəxanan Facebook-dakı rəsmi səhifəsində xəbər verilir.

Qadın uşaqları – 4 oğlan və 2 qızı yerli vaxtla səhər saat 4:50-dən 4:59-a qədər olan müddətdə dünyaya gətirib.

Tibb müəssisəsindən qeyd ediblər ki, altı əkizin doğulması şansı 4,7 milyardın 1-ə nisbətindədir.

Həm körpələr, həm də ana özlərini yaxşı hiss edirlər və daimi həkim nəzarəti altındadırlar.

Əsas mövzular