07:27 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Активист, выступающий за Брексит, держит плакат с надписью Мы проголосовали за независимость, когда противобрексистский активист разворачивает флаги Европейского Союза и Британии во время демонстрации у здания Парламента в центральном Лондоне

“Brexit” parlamentdə üçüncü dəfə səsverməyə çıxarılacaq

© AFP 2019 / TOLGA AKMEN
DÜNYA
Qısa URL
47 0 0

“Brexit” müqaviləsi 2 dəfə səs verməyə qoyulsa da parlament tərəfindən qəbul edilməyib

BAKI, 15 mart - Sputnik. Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa Birliyi ilə əldə etdiyi “Brexit” razılaşmasını üçüncü dəfə parlamentdə səsverməyə qoyacaq.

Baş nazir bu barədə açıqlama ilə çıxış edib. Bildirib ki, əgər millət vəkilləri “Brexit”in uzun müddətlik təxirə salınma riskini almaq istəmirlərsə müqaviləni təsdiqləməlidirlər.

Avropa Şurasının sədri Donald Task öz “Twitter” hesabından etdiyi açıqlamada belə deyib: “Əgər Böyük Britaniya “Brexit” strategiyasını yenidən nəzərdən keçirmək və kompromisə gəlmək istəyirsə, üzv olan ölkələrdən Şuranın iclası zamanı uzun müddətlik təxirə salma prosesinin başlanması çağırışını edəcəyəm”.

Qeyd edək ki, “Brexit” müqaviləsi 2 dəfə səs verməyə qoyulsa da parlament tərəfindən qəbul edilməyib.

Əsas mövzular