Daha bir neçə ölkə "Boeing"-ləri qadağan etdi

© AP Photo / Jason RedmondBoeing 737 MAX səmaya qalxır
Boeing 737 MAX səmaya qalxır - Sputnik Azərbaycan
Abunə olmaq
"Boeing"-ləri qadağan edən ölkələrin sayı durmadan artır

BAKI, 15 mart — Sputnik. Ermənistan Mülki Aviasiya Komitəsi bu yaxınlarda Efiopiyada baş verən qəza ilə bağlı "Boeing" "737 MAX 8" və "737 MAX 9" təyyarələrinin bir ay müddətində ölkə ərazisi üzərindən uçuşunu qadağan edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (ЕАСА) təhlükəsizlik üzrə qərarı, həmçinin Gürcüstan və Türkiyə də daxil olmaqla bir sıra ölkələrin "Boeing" "737 MAX 8" və "737 MAX 9" təyyarələrinin istifadəsinin qadağan edilməsi barədə təcili aviasiya xəbərdarlığı nəzərə alınmaqla Mülki Aviasiya Komitəsi adı çəkilən təyyarələrin 13 mart – 13 aprel tarixlərində Ermənistanın hava məkanından uçuşunu qadağan edilir", deyə komitənin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") ölkə səmasında "Boeing 737 MAX" təyyarələrinin uçuşunu qadağan edib.

ABŞ prezidenti Donald Tramp ölkəsindəki "Boeing 737 Max 8" və "Max 9" tipli təyyarələrin uçuşlarının ikinci təlimatadək dayandırıldığını açıqlayıb. Tramp belə bir addım atmasını təhlükəsizliklə izah edib.

"Düşünürəm ki, doğru qərar vermişik. Amerika xalqının və hər kəsin təhlükəsizliyi bizim üçün prioritetdir" - deyə prezident əlavə edib.

Tramp bundan başqa "Boeing" firmasının çox dəyərli olduğunu və firmaya məxsus təyyarələrin endirilməsi ilə bağlı qərarın verilməsinin də çətin olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, martın 10-da Efiopiya Hava Yollaırna məxsus "B737 Max 8" sənişin təyyarəsində qəza baş verib. Qəza nəticəsində 157 nəfər dünyasını dəyişib. Bu hadisədən sonra isə Türkiyə, Sinqapur, Çin, Efiopiya, İndoneziya, Avstraliya, Malayziya, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Avstriya, Avropa Birliyi, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zellandiya, Hindistan, Honq-Konq, Livan, Kosova, Bəhreyn, Misir və Tailand müvəqqəti olaraq "Boeing 737 Max" təyyarələrinin uçuşunu dayandırıb.

Xəbər lenti
0