07:35 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak

ATƏT sədrindən Paşinyanın təklifi qarşısında "qırmızı xətt"

© AFP 2019 / HERBERT NEUBAUER
DÜNYA
Qısa URL
104 0 0

Layçak qeyd edib ki, münaqişənin həllinin tapılmasında faydalı olmaq üçün hər şeyi etməyi hazırdır

BAKI, 13 mart — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların formatında hər hansı bir dəyişiklik bütün tərəflər üçün məqbul olmalıdır". Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Yerevanda erməni həmkarı ilə keçirilən görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. 

"Ənənələrə uyğun olaraq həyata keçirilən proses var və bu proses konkret nəticələrin əldə olunmasına töhfə verilib. Münaqişəsinin nizamlanması üzrə danışıqların formatında hər hansı bir dəyişiklik bütün tərəflər üçün məqbul olmalıdır" - deyə Layçak qeyd edib.

ATƏT sədri vurğulayıb ki, onlar bu məsələlərin müzakirəsinə kifayət qədər vaxt ayırıblar: "Əminəm ki, Ermənistan hökumətinin müvafiq formatda və ya mövcud formatda danışıqları davam etdirmək üçün düzgün formulu var".

Layçak qeyd edib ki, münaqişənin həllinin tapılmasında faydalı olmaq üçün hər şeyi etməyə hazırdır: "Mən, tamamilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə və səfir Kasprşikə güvənirəm. Hər şeyi onlarla sıx koordinasiya şəklində edirəm".

Əlaqədar

Ermənistan hökumətindən Qarabağa dair yeni gözləntilər var – ATƏT sədri
Layçak: "ATƏT səyləri dəstəkləyir"
ATƏT sədri Bakıdan Yerevana mühüm ismarıc aparacaq
ATƏT cəbhə xəttində monitorinq keçirəcək
Teqlər:
Anji Kasprşik, Anjey Kasprşik, bəyanat, ATƏT, Yerevan, Ermənistan

Əsas mövzular