19:31 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Qəbiristanlıq

Qadınların ölüm səbəbi açıqlanıb – Bizim üçün də vacibdir

CC0 / Heung Soon / Cemetery
DÜNYA
Qısa URL
40 0 0

2017-ci ildə yeni əmələ gələn şişlərə görə 16-54 yaşlı 19,6 min qadın ölüb

BAKI, 28 fevral — Sputnik. Rusiyalı qadınların əsas ölüm səbəbi açıqlanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bədxassəli və xoşxassəli şişlər rusiyalı qadınların əsas ölüm səbəbi kimi göstərilib. Bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.

2017-ci ildə yeni əmələ gələn şişlərə görə 16-54 yaşlı 19,6 min qadın ölüb. Qadınların ölümünün ikinci əsas səbəbi isə qan dövranı xəstəlikləridir. Bu xəstəliklərdən 18,9 min qadın ölüb. Qadın ölümündə üçüncü səbəb isə bədbəxt hadisələr, qəzalar və zorakılıq göstərilib. Bu səbəblərdən ötən il 15,8 min rusiyalı qadın ölüb.

9,2 min qadın həzm orqanları xəstəliklərindən, 8,1 min qadın infeksion və parazitar xəstəliklərdən ölüb.

2017-ci ildə ümumilikdə 82,6 min qadın əmək qabiliyyəti yaşında dünyasını dəyişib.

Əsas mövzular