14:13 20 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan

Ermənilər rusiyalı deputatların Xocalı yürüşündə iştirakına qəzəbləniblər

© Sputnik / Dmitriy Dubinskiy
DÜNYA
Qısa URL
57 0 0

Vardan Toqanyan erməni tərəfinə rusiyalı deputatların motivlərinin aydın olmadığını bildirib

BAKI, 27 fevral — Sputnik. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Dövlət Dumasının bir sıra deputatların Xocalı soyqırımın 27-ci ildönümü münasibəti ilə Bakıda keçirilən yürüşə qatılmasına münasibət bildirib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

"Biz açıq aydın antierməni xarakteri daşıyan və regionda inam atmosferini sarsıtmaq üçün istifadə olunan bu yürüşdə Rusiyadan olan parlamentarilərin iştirakından hiddətlənmişik", - deyə Ermənistanın Rusiyadakı səfirliyinin Toqanyanın adından yaydığı bəyanatda bildirilir.

O, vurğulayıb ki, erməni tərəfinə rusiyalı deputatların motivləri aydın deyil.

Qeyd edək ki, fevralın 26-ı Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. Yürüşdə Rusiya Dövlət Dumasının deputatları Oksana Puşkina, Dmitri Savelyev və İrina Rodnina da iştirak ediblər.

Əsas mövzular