14:12 20 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İranın baş diplomatı İsraillə müharibədən danışdı

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
56 0 0

“İsrail isə Livan və Suriyanın suverenliyini pozur”

BAKI, 21 fevral — Sputnik. İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif "Sueddeutsche Zeitung" nəşrinə müsahibəsində əsas mövzu kimi Suriyadakı vəziyyət və İranın İsrail və ABŞ-la münasibətlərinə toxunub. Bu barədə Sputnik Azərbaycan "NEWSru.co.il"-ə istinadən xəbər verir.

İranlı nazirin sözlərinə görə, İsrail avantürist hərəkət edir, özünü bu cür aparmaq həmişə təhlükəlidir. Zərif vurğulayıb ki, İran ölkənin qanuni hökumətinin dəvəti ilə Suriyadadır: "İsrail isə Livan və Suriyanın suverenliyini pozur".

İran və İsrail arasında müharibənin mümkünlüyü barədə sualı cavablandırarkən siyasətçi qeyd edib ki, hadisələrin bu cür inkişafının elə də real olmadığını düşünür: "Lakin belə bir gedişatı tamamilə istisna etmək mümkün deyil".

Əsas mövzular