20:51 18 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
S-400 Triumf

İsrail "S-300" və "S-400"-lərin "qatilini" göstərdi - VİDEO

© Sputnik / Grigoriy Sisoev
DÜNYA
Qısa URL
43 0 0

Yeni "birdəfəlik" pilotsuz uçan aparat müxtəlif düşmən texnikası ilə mübarizə üçün nəzərdə tutulub

BAKI, 21 fevral — Sputnik. Hindistanın Banqalor şəhərində keçirilən hərbi sərgidə İsrailə məxsus IAI (Israel Aerospace Industries ) konserni "Mini Harpy" adlı yeni dronu nümayiş etdirib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, konsern yeni "dron-kamikadze" haqqında məlumatı internetdə məlumat yayılıb.

İstehsalçı vurğulayır ki, yeni "birdəfəlik" pilotsuz uçan aparat müxtəlif düşmən texnikası ilə mübarizə üçün nəzərdə tutulub.

İsrail istehsalı olan dron-kamikadzenin məhv edə biləcəyi hədəflərdən biri kimi zahirən Rusiyaya məxsus "S-300" və "S-400" raket komplekslərinə quraşdırılan 96L6E yüksək aşkarlayıcı radarı xatırladıb.

Yeni pilotsuz aparat barədə hələ də çox şey bilinmir. Şirkət qeyd edir ki, "Mini Harpy"nin çəkisi 45 kiloqramdır. O havada 2 saat qala bilər və operatorla 100 kilometr məsafəyə qədər əlaqəni saxlaya bilər. Dronun döyüş hissəsinin çəkisi 8 kiloqramdır. O, Harop və Harpy döyüş sursatlarının əsasında yaradılıb.

Əsas mövzular