09:56 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Arktikada aysberq, arxiv şəkli

Dəhşətli bəla insan ayağı dəyməyəm yerə də çatdı

© Sputnik / Ilya Timin
DÜNYA
Qısa URL
125 0 0

Quşun yumurtasında kimyəvi maddə izi aşkar edildi

BAKI, 20 fevral — Sputnik.  Dünyanın ən əlçatmaz yerlərindən biri sayılan Arktika da çirklənməyə başlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Arktikada kimyəvi maddələrin izləri tapılıb.

Kanadanın vəhşi təbiətin mühafizəsi xidmətinin əməkdaşları Nunavut regionunun Şahzadə Leopold adasında fırtınaquşu ailəsindən olan quşlardan birinin yumurtalarını götürüblər və yumurtada kimyəvi maddə izi aşkar ediblər. Tapılan maddələr daha çox plastikə əlavə edilir.

Güman edilir ki, quşlar bu maddəni balıq və ya digər dəniz canlılarını ovlayarkən udublar. Kimyəvi maddə daha sonra mədədən qana və oradan da yumurtaya keçib.

Alimlər deyir ki, tapılan kimyəvi maddələr harmonal balansı pozur. Bu maddələrin təhlükəli olduğu uzun müddətdir bilinir. Ona görə də, uşaq oyuncaqlarının hazırlanmasında bu maddədən istifadə qadağan edilib.

Aparılan araşdırmaya görə, dəniz quşlarının  90 faizdən çoxu kimyəvi maddələri udurlar. Təbiəti plastik maddələrdən qorumaq üçün 2030-cu ilə kimi plastik maddələri ləğv etmək planı nəzərdə tutulub.

Əsas mövzular