14:13 20 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Нет курению

Çimərlikdə siqaret çəkmək qadağan edilir – Bir ilk

CC0 / Design Coon / No Smoking
DÜNYA
Qısa URL
41 0 0

Layihənin əsas şüarı isə "Siqaretdən imtina et, təmiz dəniz havasını ciyərlərinə çək!"dir

BAKI, 16 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı İtaliyanın Səhiyyə Nazirliyi ilə birgə bir layihəyə start verilib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu layihə ilə İspaniyanın ən məşhur çimərliklərindən biri olan Bibionedə siqaret çəkmək qadağan edilir. Mayda qüvvəyə minəcək qərardan turistlərin məmnun olub-olmadığını öyrənmək üçün sorğu təşkil edilib. Bəlli olub ki, 2 min 293 turistdən 1729-u qüvvəyə minəcək qanun layihəsinin tərəfdarı olduğunu bildirib. Sorğuda iştirak edənlərin 1145 nəfəri isə siqaretin ümumiyyətlə qadağan edilməsinin tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, qanun layihəsində siqaret çəkmək üçün çimərlikdən 300-400 metr aralıqda xüsusi kabinetlərin ayrılacağı əksini tapıb.

Bu layihənin əsas şüarı isə "Siqaretdən imtina et, təmiz dəniz havasını ciyərlərinə çək!"dir.

Əsas mövzular