12:33 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
İran prezidenti Həsən Ruhani

Ruhani sərt danışdı: “Biz heç kimdən icazə almayacağıq”

© AFP / STRINGER
DÜNYA
Qısa URL
26 0 0

İran əhalisinin sayı 40 ildə 128% artaraq 82 milyona çatıb

BAKI, 12 fevral — Sputnik. İran prezidenti Həsən Ruhani ölkəsinin raket və müdafiə sistemləri istehsal etmək üçün heç kimdən icazə almayacağını və bu silahların istehsalını davam etdirəcəyini bildirib.

Sputnik Azərbaycan "Sözcu"-yə istinadən xəbər verir ki, Ruhani bunu İran İnqilabının 40-cı ildönümü münasibəti ilə Tehranın Azadi meydanında təşkil olunan mərasimdə çıxışı zamanı bildirib.

Əvvəllər silahların yalnız 5%-nin ölkədə istehsal edildiyini xatırladan Ruhani hazırda bu rəqəmin 85-ə çatdığını və bunun Silahlı Qüvvələrin təchizatı üçün kifayət etdiyini xatırladıb.

İran prezidenti, həmçinin inqilab illərinin əvvəlində əhalinin sayının 36 milyon olduğunu, hazırda isə 128% artaraq 82 milyona çatdığını bildirib.

Əsas mövzular