23:54 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Ermənistanın baş naziri Nikol Paşinyan Respublika icmalarının nümayəndələrinin toplantısında

"Hər şeyin geri dönəcəyinə ümid etməyin" – Paşinyandan ermənilərə sərt xəbərdarlıq

© Sputnik / Aram Nersesyan
DÜNYA
Qısa URL
70 0 0

“Əvvəlki normalara qayıtmaq mümkün olmayacaq”

BAKI, 12 fevral — Sputnik. “Dövlət işinə biznes kimi baxmaq olmaz”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Respublika icmalarının nümayəndələrinin iştirakı ilə baş tutan forum zamanı bildirib.

Paşinyan öz jurnalist və deputat təcrübəsinə istinad edərək bildirib ki, istənilən icmada ən çox nəzərə çarpan obyekt yerli administrasiyasının rəhbərinə məxsus olur.

Baş nazir xatırladıb ki, bu obyektlərin sahibləri tutduğu vəzifələrdən sui-istifadə edərək illər ərzində vergidən yayınırlar: "Yeni Ermənistanda bu yolverilməzdir. Bütün bunların geri qayıda biləcəyinə inanmayın".

O, vurğulayıb ki, əvvəlki normalara qayıtmaq mümkün olmayacaq və yerli məmurları irəliyə doğru hərəkət etməyə çağırıb.

Əsas mövzular