15:19 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9230
Raketin hədəfə doğru uçuşu

İran XİN: "İran raket gücünü artırmağa davam edəcək"

© Sputnik / RİA Novosti / RF Müdafiə Nazirliyi
DÜNYA
Qısa URL
377 0 0

Bəhram Qasımi ABŞ-ın İranın BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etmədiyi ittihamlarına münasibət bildirib

BAKI, 9 fevral — Sputnik. "İran müdafiə və raket gücünü artırmaq üçün səylərini davam etdirəcək".

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

Bəhram Qasımi ABŞ-ın İranın BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etmədiyi ittihamlarına münasibət bildirib: "ABŞ nüvə müqaviləsindən çıxmaqla BMT TŞ-nin qərarlarını özü pozub. İran müdafiə və raket gücünü artırmaq üçün səylərini davam etdirəcək. ABŞ İranın inkişafına mane ola bilməz. ABŞ bu cür təbliğat vasitələri və psixoloji müharibə ilə Tehranın raket fəaliyyətləri və texnologiya sahəsindəki tərəqqisinin qarşısında əngəl ola bilməz".

Qasımi İran raketlərinin müdafiə məqsədli olduğunu iddia edib: "Təzyiq və sanksiyalarla İran xalqını seçdiyi yoldan döndərə bilməyəcəklər. İran raket gücü ilə mənfi hədəflərin qarşısında durmağa davam edəcək".

Qeyd edək ki, İranın nüvə razılaşmasına dəstək vermək üçün qəbul edilən BMT-nin 2231 saylı qətnaməsi İrana qadağa qoymasa da nüvə silahı daşıya bilən ballistik raketlərlə bağlı bütün hərəkətlərdən çəkinməyə çağırır.

 

Əsas mövzular