02:59 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Təcili tibbi yardım maşını

Türkiyədə zəhərlənmə ilə bağlı 300 nəfər xəstəxanalara müraciət edib

© AFP 2019 / YASIN AKGUL
DÜNYA
Qısa URL
3058 0 0

Burcak bələdiyyəsindən verilən məlumata görə, təxminən 45 min insanın yaşadığı bir şəhərdə 300 nəfərin zəhərlənməsinin səbəbinin içməli su olması inandırıcı deyil

BAKI, 5 fevral - Sputnik. Türkiyənin Burdur şəhərinin Burcak bölgəsində ötən həftənin son günləri təxminən 300 nəfər içməli sudan zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib.

AZƏRTAC xəbər verir ki, Burcak bələdiyyəsindən verilən məlumata görə, təxminən 45 min insanın yaşadığı bir şəhərdə 300 nəfərin zəhərlənməsinin səbəbinin içməli su olması inandırıcı deyil. Lakin hər ehtimala qarşı bölgəyə içməli suyun verilməsi dayandırılıb. Müvafiq analizlərin aparılması üçün bölgədən su nümunələri götürülüb. Suyun keyfiyyəti və tərkibi araşdırılır.

Əsas mövzular