17:58 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli

Tramp ölkəsinin kəşfiyyatını biabır etdi: "Geri qayıdın"

© AP Photo / Evan Vucci
DÜNYA
Qısa URL
24 0 0

Prezident xüsusi xidmət orqanlarını İran məsələsində passiv olmaqda ittiham edib

BAKI, 31 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp xüsusi xidmət orqanlarını İran məsələsində passiv olmaqda ittiham edib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, Tramp xüsusi xidmət orqanlarının İranın nüvə silahı inkişaf etdirmədiyinə dair hesabatlarına qarşı çıxıb. 

ABŞ prezidenti deyib ki, xüsusi xidmət orqanlarının əməkdaşları məktəbə geri qayıtsınlar: "Keçən həftə İranda raket sınaqdan keçirilib. Hazırda onların iqtisadiyyatı sarsılır, onları geri sürükləyən yeganə şey də budur. İrana diqqət edin. Bəlkə də, xüsusi xidmət orqanlarının əməkdaşları yenidən orta məktəbə qayıdıb dərs almalıdırlar".

Qeyd edək ki, ABŞ İran ilə imzalanan nüvə müqaviləsindən keçən il imtina edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Dan Coats və digər kəşfiyyat üzrə səlahiyyətlilər Senata təqdim etdiyi hesabatda İranın texniki olaraq nüvə müqaviləsinə əməl etdiyini bildiriblər.

Əlaqədar

Konqresmenlərdən Trampa sərt qadağa
Tramp indi də şeir yazır
Tramp: "21 gündən sonra şənlik davam edəcək"
ABŞ-da qalmaqal: Trampın sabiq müşaviri həbs olundu
Teqlər:
İraq, xüsusi xidmət orqanları, Donald Tramp, prezident, ABŞ

Əsas mövzular