07:10 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Ermənistan-Gürcüstan sərhədi

Gürcüstan hökuməti erməni kriminal avtoritetlər qarşısında sədd çəkib

© Sputnik / Samvel Sepetchyan
DÜNYA
Qısa URL
3465 0 0

Ermənistan–Gürcüstan sərhədində Gürcüstan sərhədçiləri onlara ölkə ərazinə daxil olmağı qadağan edib

BAKI, 30 yanvar — Sputnik. Ermənistandan olan kriminal avtoritetlər Rusiyaya Gürcüstan üzərindən getmək istəyiblər, lakin Gürcüstan tərəfi onları ölkəyə buraxmayıb. Bu barədə Sputnik Ermənistan "Jamanak" qəzetinə istinadən verib.

"Bu günlərdə bir neçə erməni kriminal avtoritet Rusiyaya Gürcüstan ərazisindən getmək istəyib. Lakin Ermənistan–Gürcüstan sərhədində Gürcüstan sərhədçiləri onlara ölkə ərazinə daxil olmağı qadağan edib" - deyə nəşr yazıb.

Qeyd olunur ki, erməni hüquq mühafizə orqanları gürcüstanlı həmkarlarına erməni kriminal avtoritetlərin və kriminal keçmişə malik şəxslərin siyahısını təqdim edib. İndi isə Gürcüstan sərhədçiləri bu məlumat bazasından istifadə edərək "qara siyahı"da olan şəxsləri ölkə ərazisinə daxil olmağı qadağan edib.

Əlaqədar

Kriminal avtoritetlərin "sxodka"sına basqın edilib, 29 nəfər tutulub
Saatlıda kriminal avtoritet qətlə yetirildi
Kriminal avtoriteti restoranda yaralayaraq oğurladılar
Teqlər:
sərhəd, kriminal avtoritet, Gürcüstan, Ermənistan

Əsas mövzular